Gürcüstanda prezidentliyə namizədlər bir milyon lari alacaq- 10 faiz səs həddini keçənlər

0
9

Noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin ikinci turunda qalib gəlmiş namizəd Salome Zurabişvili, “Milli Hərəkat” və “Avropa Gürcüstanı” partiyalarının namizədlərinin hər biri dövlət büdcəsindən 1 (bir) milyon lari (təqribən 370 min dollar) məbləğində vəsait alacaqlar.

AZƏRTAC xəbər verir ki, onlar bu pulu Gürcüstan Seçki Məcəlləsinin 54-cü maddəsinə əsasən əldə edəcəklər. Həmin maddəyə görə, prezident seçkilərinin birinci turunda 10 faiz səs həddini keçmiş hər bir müstəqil namizəd və seçici subyekti alır.

Prezident seçkilərinin oktyabrın 28-də keçirilmiş birinci turunda müstəqil namizəd 38,64 faiz, “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze 27,74 faiz, “Avropa Gürcüstanı” partiyasının namizədi David Bakradze isə 10,97 faiz səs toplayıblar.