BABAYEV AVTANDİL KİMDİR VƏ YA KİMİ TƏMSİL EDİR???

XAOS VƏ YA DƏLLƏYİ MÜŞTƏRİSİNDƏN ÇOX OLAN BAZARDAN REPORTAJ

——————————–

Sərdar ƏLİBƏYLİ

——————————-

Bir müddət öncə,  Fb dostlarımdan birinin belə bir statusunu oxumuşdum:

“Deyirlər ki, əgər iki yapon bir araya gəlirsə, dərhal şirkət qurmaq, iki türk bir araya gəlirsə , dərhal dövlət qurmaq haqqında düşünürlər. Bəs, sizcə, iki azərbaycanl bir araya gəldiyində onların ilk olaraq ağıllarına nə gəlir”. 

Mən də bu statusa, yarızarafat, yarıciddi şəkildə  belə bir şərh yazdım ki, iki azərbaycanlı bir araya gələn kimi, hər birisi özlüyündə, ya tərəf müqabilinə atmaq, ya da onu satmaq haqqında planlar qurmağa başlayırlar.

Bu Fb statusunu və öz şərhimi elə belə, boş yerə xatırlatmadım sizlərə, əziz və sayğıdəyər oxucularım. Əslində, , son 15-20 ilin təcrübəsi göstərir ki,  Azərbaycanın siyasətindən məişətinə qədər, həyatımızın bütün sahələrində adamlar kütləvi şəkildə bir-birinə atmaq, ya da bir-birini satmaq uğrunda sanki yarışır və bu yöndə ciddi uğurlar əldə etməklə ad çıxarıb, nam sahibi olmuş xeyli insanlarımız da var. Atanların və satanların ən çox əl-ayaq açaraq, atmaq və ya satmaq yolu ilə min cür saxtakarlıqlar hesabına milyonlara sahibləndiyi sahələrdən biri də, heç şü bhəsiz ki, məmləkərin ev və torpaq bazarlarıdır. Bu sahənin əldənzirək çalışanları atmağıın və ya satmağın elə yollarını bulub, elə çeşidlərini kəşf ediblər ki, onlardan nə şeytanın özü baş çıxara biləsidi, nə də buna allahın qüdrəti yetəsidi…

Oysa, illərdən bəridir, məmləkətin ev bazarındakı xaosun, dərəbəyliyin və çeşidli saxtakarlıqların nəticəsidir ki,  bəzən bir mənzilin 5-6, hətta 10 nəfərə satıldığı barəsində məlimatlar yayılır, mətbuata və sosial şəbəkələrə xəbərlər ötürülür, ardınca da, aylara sığmayan, illərlə davam edən məhkəmə çəkişmələri, yorucu və bezdirici proseslər başlayır. Amma bu boyda həngamələrin içərisində, hələ də məlum deyil ki, eyni ünvanda yerləşən eyni mənzillərə və ya tprpaq sahələrinə dövlətin eyni idarələrindən eyni sənədlər necə verilə bilir və bu işlərin arxasında kimi əli, kimin barmağı və ya kimin daşları-divarları dəlib keçən  sözü və ya imzası var. Belə baxanda, bu cür hallara 10-15 ildə bir raslaşılarsa və bu müddət ərzində bir mənzil və ya eyni torpaq sahəsi iki adama satılarsa, buna təsadüf kimi də baxmaq, burdan promlem çıxarmamaq, işin içində qəsd və ya qərəz axtarmamaq da olardı – iştə insanlıq halı . Ancaq indi belə hallar o qədər kütləvi hal alıb, bu sahədə zərərçəkmişlərin sayı o həddə gəlib ki, məsələni artıq ümummilli problem kimi, həllinə əşhədü-ehtiyac olan prioritetlər sırasına qoymaq gərəkir və …

…Və nə yazıq ki, bu proses günü-bu gün də davam etməkdədir. Hələ də atanlar rahatca atmağıında, satanlar qorxusuz-hürküsüz satmağıımdadı və dövlət adına saxtakarlıqlar tam vüsətlə davam edir. Sanki elə belə də olmalıymış kimi, atanlar da, satanlar da, saxtakarlar da, nəinki ifşa olunaraq məsuliyyətə cəl olunmaq bir yana qalsın, heç deyilsə, ictimai qınağa belə çəkilmir, hələ üstəlik də, biriləri “uğurlu iş adamı”, biriləri “el ağsaqqalı” qiyafəsində dolaşır, o biriləri də dövlət adından çeşidli təltiflərə layiq görülürlər…

Bu günlərdə, sırf bir təsadüf nəticəsində, sözügüdən sahədə baş vermiş və ölkənin tanınmış adamlarından birinin Qaradağ rayonu ərazisindəki 4 hekrarlıq torpaq sahəsinin, başqa biriləi tərəfindən zəbt olunduğunu və nə qəribə ki, torpaq sahəsinə aid onların da müvafiq sənədlərə sahib olduqlarını duydum. Açığı tanınmış şəxsin icrimai nüfuzuna və geniş əlaqələrini olduğuna bələd idim deyə, eşitdiklərimə inanmaq istəmədim. Zira adi insanların belə hallarla tez-tez qarşılaşdıqlarını hər kəs bilir və bu mənada, tanınmış bir şəxsə qarşı belə bir addımın atılması bir az qərib gəldi mənə. Elə bu səbəbdən də, sözügüdən şəxsin özü ilə görüşməyə və məsələyə aydınlıq gətirməyə qərar verdim və …

…Və nəhayət ki, dünən onunla əlaqə saxlayıb görüşmək, həmsöhbət olmaq imkanı buldum. Təbii ki, bəlli səbəblərdən adının çəkilməsinə razı olmadı əlbəttə, amma hələlik. Adam nəinki deyilənləri təsdiq etdi, hələ üstəlik, onu da bildirdi ki, bu günlərdə, özünü torpağa saxta sənəd düzəldən tərəfin nümayəndəsi kimi təqdim edən Babayev Avtandil Rəşid oğlu onlara, pul da təklif edib. Ancaq işin məhkəmədə olduğunu və dekabrın əvvəlində işə baxılacağıını bildirən həmsöhbətim, qarşı tərəfin bu təklifindən imtina etdiyini də dilə gətirərək, qeyd etdi ki, bu arada, Babayev Avtandil və onun dəstəsi tərəfindən həmin rayonda daha bir neçə nərəfin də torpaq sahələrieyni yolla ələ keçirilib. Ən azı 7 belə faktın artıq bəlli olduğunu da həmsöhbətimiz dilə gətirdi və həmin şəxslərdən birinin barəsində olduqca ilginc şeylər danışdı. Belə ki, torpağı ələ keçirilmiş şəxslərdən biri, vaxtilə, mərhum prezudent Heydər Əliyevin xanımı, hazırkı prezident İlham Əliyevin anası, rəhmətlik Zərifə Əliyevanın heykəli qoyulmuş ərazinin sahibi olub və əlbəttə ki, heykəl söhbəti ortalığa gələn kimi, ərazini boşadaraq, ordan çıxıb. Bur müddət sonra isə, şəxsən ptrzident İlham Əliyevin tapşırığı əsasında Qaradağ rayonu ərazisində ona torpaq sahəsi verilib. İndi isə bəlli olub ki, əldənzirək işbazlar həmin torpağı da ələ keçiriblər və bu haqda əllərində müvafiq sənədlər də var…

Məsələnin məhkəmədə ədalətli  və qanunauyğun həllini tapacağına inandığını deyən həmsöhbətim, adının belə çirkin işlərdə hallanmasını istəmədiyini bir daha dilə gətirdi və bir məsələni də qeyd etdi ki, belə saxtakarlıqların necə baş verə bildiyini anlamaqda zorluq çəkir: “Babayev Avtandilin kim olduğunu bilməsəm də, onun özbaşına belə işlər görə biləcəyinə inanmaq çox çətindir. Mən indi deyə bilmərəm ki, Əmlak Komitəsinin rəhbərliyinin və şəxsən Kərəm Həsənovun bu məsələlərdən xəbəri var, ya yox. Ancaq bu adamlar da, tutaq ki, bağ evində oturub saxta sənədlər düzəldərək, müvafiq dövlət idarələrinin, eləcə də digər ilgili qurumların möhürü ilə möhürləyə biləcək qədər “qoçaq” deyillər. Bütün hallarda, hesab edirəm ki, məhkəmədə bu məsələlərə də aydınlıq gətiriləcək.”

Bu arada, həmsöhbətim bir maraqlı məsələdən də danışdı: “Təssəvür edə bilirsinizmi, Xətai rayonunun ərazisində yerləşən 100 kv.m.-lik zirzəminin sənədləri üzərindən Qaradağdakı 4 hektarlıq torpaq sahəsini necə özəlləşdirmək  və bunu da qanuni sənəd halına gətirmək olar? O səbəbdən deyirəm ki, komitə rəhbərliyinin bu boyda saxtakarlıqdan xəbəri olmasını inandırıcı bulmuram. Yəni bu, insan ağlına yerləşəcək  bir məsələ deyil və bütün mümkün fantaziyaların üzərində olan bir şeydir. Hər halda nəyin, niyə və necə baş verə bildiyi haqda məhkəmədən sonra daha müfəssəl və daha təfərrüatlı danışmaq imkanlarımız olacaq. Həm də indi ölkədə vəziyyət elədir ki, bu məsələnin böyük qalmaqal kimi gündəmə gəlməsini istəmirəm. Nə olursa olsun, məhkəmənin yekununu gözləmək lazımdıır. Sonrasına sonra qərar verərik.”

Beləcə, həmsöhbətimlə sağolaşıb ayrıldıq. Amma yol boyu bir fikir məni heç tərk etmədi ki, bir gün eşitsək ki, tutaq ki, İlham Əliyevə, lap elə Mehriban xanım Əliyevaya məxsus ərazilər və ya evlər, ya bilərəkdən, ya da bilməyərəkdən 2-ci, 3-cü, hətta 5-ci, 6-cı adamlara satılıb, həm də sənədli-sübutlu, onda nə olacaq?! Amma, məndən deməsi ki, bu bazar yerində yaranmış xaosda və dəlləklərin müştəridən çox olduğu ortamda belə şeylərin də olması heç də mümkünsüz deyil, hətta qayət normal qarşılanmalı haldı. Necə deyərlər, lətifəsi bu yazının personajlarından uzaq, “itlər yiyəsini tanımaz olublar” və dünən ayaqlarını yaladıqları sahiblərinə, bu gün diş göstərəcəkləri istisna deyil kimi bir görüntü hakimdi indi məmləkətdə, kimsə kimsənin kitabını oxumur, ya da oxumaq istəmir, ona görə. Qanunlara tüpürmək istəyən belə yoxdu, ancaq qaydalar var, “kolxoz sədr(lər)i”nin və “bazarkom(lar)”ın gətirdiyi qaydalar…