“Putinin güclü ağrıkəsicilər qəbul etməsi psixikasına da təsir edə bilər…”- İsrail mediası

“Zaman keçdikcə nevroloji xəstəliyin əlamətləri onda daha qabarıq görünür…” 
“Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pisləşməsi qarşıdakı 4 ildə Rusiya Federasiyasının siyasətini müəyyən edəcək. Rusiya lideri sağlamlığının pisləşməsi səbəbindən güclü ağrıkəsicilər qəbul etmək məcburiyyətindədir. Mütəxəssislər bu cür dərmanların insan psixikasına və adekvatlığına təsir edə biləcəyini söyləyirlər”.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bunu “Robert Lansing Institute” nəşri yazıb.
Nəşrin məlumatına görə, Rusiya hakimiyyət orqanlarının imkanları  2023-cü ilin əvvəlinə qədər Putinin mövcud sağlamlıq problemlərini gizlətmək üçün yetərlidir. Analitik nəşr yazır ki, eyni zamanda Rusiyada bəzi qərarları vermə imkanlarının digər təsir qruplarına keçmə ehtimalı artır.
Robert Lansinq İnstitutunun qaynaqlara görə, Putin əvvəlki zədələr nəticəsində onurğa xəstəliklərindən əziyyət çəkə bilər. Və bu problemlər Putini zehni və psixoloji vəziyyətinə təsir edə biləcək güclü ağrıkəsici dərmanların qəbuluna məcbur edir. Və zaman keçdikcə nevroloji xəstəliyin əlamətləri onda daha qabarıq görünür…