Qələbəyə gedən çətin yol…

ramiz-tagiyev

Mərdlərin, əsil kişilərin bayramı műbarək!

Bu gűn qűrur gűnűműzdűr. Hər bir Azərbaycan ővladının qűrűrla, “bizim qalib ordumuz var”,- deyə hayqıra biləcəyi bir gűn. Bu gűnűműz űçűn agrılı-acılı gűnlər keçirdik, əziyyətlər çəkdik. Műzəffər ordumuz bir gűndə yaranmadı. Əskər olduq hamımız.

Qarşımızda arxalı kőpəklər dayandığından silahlanmağa məhkum idik. Uzaqgőrən liderlərimizdən biri, mənim műbarizə őndərim, bőyűk Tűrk Tağı Qasımoğlu 1990-cı ilin yayında mənə sőyləmişdi: “Ramiz, silahlanmaq lazımdır, biz, dőyűşməyə məcburuq”. Kőnűllűlərdən ibarət batalyon yaradıb, silahlanırdıq. Cənubdan dőyűş silahları daşıdıqca, ov silahlarını “arxiv”ə qoyurduq. Çox keçmədi ki, dőyűş maşınları da əldə edə bildik. Naxçıvanın hər qarışı uğrunda gedən dőyűşlərə qatılmağı műqəddəs borcumuz hesab edirdik. Nə yazıq ki, bəziləri, nələrin baş verdiyini ya anlamır, yada ki, bilərəkdən bizi xırda daxili çəkişmələrə cəlb edərək, diqqətimizi Vətənin műdafiə işindən yayındırmağa çalışırdılar.Təbii ki, bizləri műqəddəs savaşdan yayındırmaq műmkűn deyildi.

Şəhidlər verdik, bu bizi qisasa çağırdı. Naxçıvan Műdafiə Komitəsi yaradıldı. Onun Culfa şőbəsinin formalaşması űçűn əlimizdən gələn hər şeyi etdik. İlk dəfə rəsmi olaraq əskərlər çağırışla ordumuza toplandı. Kiçık olsa da, hərbi hissə yarada bilmişdik. Məmməd Cəfərov və Elşad Nağıyevin rəhbərliyi ilə intizamlı, dőyűş ruhlu əskərlər hazırlaya bilmişdik. Kőnűllűlər və əskərlərin birliyi qələbəyə olan inamımızı artırırdı. Sərhəd bőlgələrində zastavalar yaratdıq. Dűşmənin bűtűn hűcumları qəhrəmanlıqla dəf edilirdi…

Nə űçűn xatırlatdım?! İndi, bəziləri bizi qınayır, dőyűşməmək də ittiham edir. Əlbəttə, bu gűn rahat oturub, o gűnlər barədə istənilən yalanı uydurub, sarsaqlamaq műmkűndűr. Biz  lazım gələn, gűcűműz yetən hər şeyi etdik. Baxmayaraq ki, faktiki olaraq o zaman bűtűn dűnyanı lərzəyə salan rus ordusuyla vuruşűrduq. Bizim műkafatımız təqiblər, təhdidlər, həbsxanalar oldu yalnız. İllərini, gəncliklərini mənimlə birgə Milli Azadlıq műbarizəsinə, műqəddəs torpaqlarımızın műdafiəsinə həsr etmiş dőyűşçűlərimin heç birinə műharibə veteranı adı verilmədi. Milyardları yeməkdən doymayan acgőz YAP iqtidarı bizim haqqımızı da yeməyə girişdi. Nə isə…
Dedim axı, Milli Ordu deyildikdə, kişilər xatırlanar. Mərdlərin, əsil kişilərin, Milli Ordumuzun bayramı műbarək !!! Ayıq olaq ki, bizə qələbə sevinci yaşadan Ordumuzun da haqqına girilməsin…

Ramiz Tağıyev