Tağı Əhmədov “yeraltı dünyası”na qayıdır?!

Son günlər Tağı Əhmədov yenidən medianın gündəmindədir.Yazılanlara inansaq o da sabiq MTN-çilərin qəzəbinə tuş gəlibmiş…Bəli, Eldar Mahmudovun əsas quldurlarından sayılan Akif Çovdarovun T.Əhmədovdan 3 milyon ABŞ dolları rüşvət aldıgı barədə xəbərlər yayınlanmaqdır.

Araşdırmalar göstərir ki,T.Əhmədovun yenidən medianın gündəminə çıxarılmasının səbəbi heç də rüşvətlə əlaqəli deyil. Əslində, metropolitenin sabiq rəisindən kimsənin rüşvət ala bilməsi inandırıcı görünmür. Əvvəla,T.Əhmədov iqtidarın kifayət qədər nüfuzlu məmurlarından olub. Digər tərəfdən onun xarakterik xüsusiyyətlərinə bələd olan MTN-çilər T.Əhmədova “xox”gələ bilməzdilər. Çünki,sabiq rəis kifayət qədər cəsarətli insandır. T.Əhmədovun yenidən mətbuatın gündəminə gətirilməsi onun yenidən Bakı Metropoliten Qapalı Səhmdar Cəmiyyətinə rəhbər təyin oluna biləcəyi ilə baglıdır.

Beləki, T.Əhmədovun yeri şəhərin “yeraltı dünyası”nda doğrudan-doğruya görünür. Sirr deyil ki,sabiq rəis metropiliten sahəsinin əvəzolunmaz mütəxəssislərindən sayılır. O da məlumdur ki, T.Əhmədovun rəhbərlikdən uzaqlaşdırılmasında bəzi KİV-lər xüsusi canfəşanlıq göstərmişdi. Bu sırada ANS telekanalını qeyd etmək yerinə düşərdi. Əlbəttə,bir sıra digər təxribatlar-metropolitenə elektirik enerjisi verilməsində kəsilmələr baş verirdi.T.Əhmədovun vəzifəsindən kənarlaşdırılması “yeraltı dünya”ya nəinki yenilik gətirdi, əksinə, mütəxəssislərin fikrincə metropoliten tədricən naşıların əlinə keçir ki, nəticəsi çox pis ola bilər.

tagi-covdarov

Söylənilənlərə inansaq, T.Əhmədovun yenidən “yeraltı dünyası”na qayıtması yüksək səviyyədə razılaşdırılıb.Bundan narahat olan qüvvələr T.Əhmədov barəsində dezinformasiyaların yayılmasında maraqlıdırlar.

Turan Türk