Beynəlxalq Enerji Agentliyi: ” Azərbaycanın təbii qaz istehsalı 3 dəfə artacaq “

0
10

Qarşıdakı onilliklərdə Azərbaycan qlobal təbii qaz bazarında mühüm aktorlardan olacaq.

Milletim.info  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri sentyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

“Hazırda Azərbaycanın təbii qaz hasilatı illik 18 milyard kubmetr civarındadır. Qarşıdakı 20 ildə Azərbaycanın təbii qaz istehsalının 3 dəfə artacağını proqnozlaşdırırıq”, – deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qeyd edib.