- Son zamanlar saç baxımında çox istifadə edilən arqan yağı həm də bir çox xəstəliyin müalicəsində də yararlı sayılır.
Hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur.
Qocalma prosesini gecikdirən arqan yağının bu xüsusiyyəti tərkibində olan E vitamini ilə əlaqələndirilir. Ailem.az arqan yağının faydalarını sadalayır:
– Qanda xolesterol və triqliserid səviyyəsini aşağı salır.
– Ürək-damar xəstəliklərini və xərçəng riskini azaldır.
– Revmatizm ağrılarını götürür.
– Hamiləlikdə yaranan qarın çatlarının qarşısını alır.
– Döş sallanmasını və boyun qırışlarını yox edir.
– Saçları nəmləndirir.
– Sədəf, eqzema kimi dəridə qızartı, səpmə, qaşıntı ilə müşahidə olunan dəri problemlərinə qarşı nəmləndirici və sakitləşdirici olaraq istifadə edilir.
– Yaraların tez sağalmasına kömək edir.