Qocalmanı gecikdirən, qırışları yox edən MÖCÜZƏVİ YAĞ

Hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur.

Qocalma prosesini gecikdirən arqan yağının bu xüsusiyyəti tərkibində olan E vitamini ilə əlaqələndirilir. Ailem.az arqan yağının faydalarını sadalayır:

– Qanda xolesterol və triqliserid səviyyəsini aşağı salır.

– Ürək-damar xəstəliklərini və xərçəng riskini azaldır.

– Revmatizm ağrılarını götürür.

– Hamiləlikdə yaranan qarın çatlarının qarşısını alır.

– Döş sallanmasını və boyun qırışlarını yox edir.

– Saçları nəmləndirir.

– Sədəf, eqzema kimi dəridə qızartı, səpmə, qaşıntı ilə müşahidə olunan dəri problemlərinə qarşı nəmləndirici və sakitləşdirici olaraq istifadə edilir.

– Yaraların tez sağalmasına kömək edir.