Qazaxıstanda üzü örtən geyimlər qadağan oluna bilər –Səbəb

0
4
Qazaxıstanda ictimai yerlərdə üzü örtən və şəxsiyyəti müəyyənləşdirməyə mane olan geyimlərin qadağan olunmasını nəzərdə tutan dəyişikliklər müzakirə edilir.

Bu barədə Qazaxıstanın din və vətəndaş cəmiyyəti məsələlər üzrə naziri Nurlan Yermekbayev deyib.

Onun sözlərinə görə, bu addım həm ictimai təhlükəsizliyin təmin olunması, həm də milli və mədəni dəyərlərin qorunub saxlanması məqsədi daşıyır.

Nazir qeyd edib ki, bu təklif vətəndaş ictimaiyyəti tərəfindən irəli sürülüb/Trend.