Məktəblilər üçün AĞILLI TELEFON sabahdan satışda

Yaponiyada “Tona Mobilya” firması yalnız gündüzlər işləyən “ağıllı” telefon istehsal edib.

Lent.az xəbər verir ki, şirkət səlahiyyətliləri “Tona m17” adı verilən və ibtidai siniflərdə təhsil alan uşaqların ekranabaxma müddətini məhdudlaşdırmaq məqsədilə yalnız gündüz saatlarında işləyən telefonun gələn ay satışa çıxaracaqlarını bildiriblər.

Cihaz valideynlərin uşaqları ilə gün ərzində ünsiyyət qurmalarını təmin edəcək, həmçinin həddindən artıq istifadə ilə bağlı yan təsirləri aradan qaldıracaq.

Yaponiyada avqustun 1-dən etibarən 312 dollara (34 min 800 yen) bazara çıxarılacaq telefonun avtomatik olaraq bağlanması və mesajlaşmanın məhdudlaşdırılması kimi xüsusiyyətləri var.