İki stəkan çay.

0
8

Arzu Allahverdi

İki stəkan çay.

“Ən çox yaşamış olan uzun illər yaşamış olan deyil,
yaşamın fikrini ən çox anlamış olan insandır”

Bir gün fəlsəfə professoru, əlində bir neçə qutuyla dərsə gəlir. Dərs başladığında heç bir şey demədən qutuların birində duran böyük bir balonu stolun ortasına qoyur və içini ağzına qədər tenis toplarıyla doldurduqdan sonra tələbələrdən balonun dolup dolmadığını soruşur. Tələbələrin hamısı bir ağızdan balonun dolduğunu deyirlər.
Bu dəfə professor qabağında duran qutuların birindən balaca rəngli daşları alaraq balona doldurmağa başlar və hər səfərində balonu çalxalayır. Beləcə balaca, rəngli daşlar balonun içində sürüşərək tenis toplarının aralarındakı boşluqları doldurur. Bu işləmdən sonra təkrar tələbələrindən balonun dolup dolmadığını soruşur. Onlar da da “bəli, doldu” deyə, cavab verir.
Professor bu dəfə stolun üstündəki digər qutuyu əlinə alar və içindəki qumu yavaşca balona boşaldır. Əlbəttə ki, qumlar da balaca rəngli daşların arasındakı boşlukları doldurur.
…Və təkrar tələbələrindən balonun dolup dolmadığını soruşar.Tələbələr də xor səklində “Bəli” deyərlər.
Bu dəfə isə professor stolun altında hazır duran iki stəkan çayı alır və balona tökür. Çay da qumların arasında qalan boş yerləri doldurur.
Tələbələr gülər…
Profesör tələbələrin gülüşünü dəstəkləyərək, bəli, deyir: “Mən bu balonu sizin həyatınıza bir örnək kimi çalıştım. Belə ki, bu tenis topları həyatınızda önəm verdiyiniz şeyləri təmsil edər, ailəniz, uşaqlarınız, sağlığınız, dostlarınız və sizin üçün doğma olan diğər şeyləri ifadə edir. Digər şeyləri itirsəniz də, bu önəmli varlıqlar qalar və həyatınızı doldurar. O balaca rəngli daşlar isə az önəmi olan şeyləri ifadə edər; işiniz, maşınınız, eviniz və s. Qum isə həyatınızda yer alan balaca nüansları ifadə edər. İlk olaraq balona qumu töksək deyə danışmağa davam etsəm, balaca rəngli daşlara və özəliklə də tenis toplarına yetərli yer qalmaz. Bax, bu söylədiklərim hər birinizin həyatı üçün də geçərlidir. Vaxtınızı və enerjinizi balaca, lazımsız islərə xərcləsəniz və israf etsəniz, önəmli, sizin üçün vacib olan insanlara, işlərə vaxtınız qalmaz. Fikrinizi həyatınız, gələcəyiniz üçün vacib olan məsələlərə yönəldin. Uşaqlarınızla maraqlanın. Sağlığınıza fikir verin. Ailənizlə yeməyə və gəzməyə gedin. Evinizin ehtiyacını qarşılayın. İlk tenis toplarını balona yerləşdirin. Və ən önəmlisi, sıramayı yaxşı bilin. Qalanının hamısı qumdur”…
Professorun danışması bitincə bir tələbə maraqla soruşur:” Yaxşı, o zaman iki stəkan çay nədir?”
Professör gülərək, “Bu sualı gözləyirdim… Həyatınız nə qədər dolu olursa olsun, hər zaman dostlarınız və sevdiklərinizlə birliktə bir stəkan çay içəcək qədər vaxtınız vardır”.

Bu yazını yazmaqda əsas məqsədim, gəncliyimizə səslənməkdir. Bəli, həyat çox qısadır. Gəlin, həyatımızın mənasız yerə əlimizdən bir qum kimi axıb getməsinə göz yummayaq. Bizi fəlakətə surukləyən hər bir insandan, əməldən uzaq durmağı bacaraq. Necə deyərlər, öncəliyi “tenis topları”na verək…

LEAVE A REPLY