“Bu məsələdə Ukraynaya bütün dəstəyimizi verməyə hazırıq” – Ərdoğan

0
29

“Strateji müttəfiqliyimizin üzərində durduq. Görüşlərimizdə bütün əlaqələrimizi ətraflı müzakirə etdik”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edirlər:

“Krımın ilhaqını tanımama qərarımızı bir daha vurğuladıq. Qara dəniz sülh və hüzur dənizi olmalıdır.

Bu məsələdə Ukraynaya bütün dəstəyimizi verməyə hazırıq. Mövcud böhran diplomatik yollarla sülh şəraitində həll olunmalıdır. Narahatedici gərginləşmənin ən qısa zamanda başa çatmasını, atəşkəsin davam etməsini arzu edirik”.