MTN-nin sifarişlərini kimlər yerinə yetirirdi ?!

Ramiz Tağıyev

Ləgv edilmiş Milli Təhlűkəsizlik Nazirliyinin daha iki generalı həbs edildi. İstintaq İdarəsinin rəisi Mővlan Şıxəliyevin bağlı qapılar arxasına gőndərilməsi bir çox suallara aydınlıq gətiriləcəyinə inam yaradıb. Beləki, MTN -nin həbsinə məruz qalmış gűnahsız insanların barəsində açılmış qurama cinayət işlərinin istintaqlarının əksəriyyəti Respublika Prokurorlugunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılmışdır.İttiham aktlarını birmənalı olaraq sabiq Baş prokurorun sabiq birinci műavini, sir-sifətindən daha çox cəlladı xatırladan Rűstəm Usubov imzalayardı.

Etiraf edirəm ki, Kamran Əliyevin Baş prokuror təyin edilməsi prokurorluq orqanlarında xeyli műsbət dəyişikliklərə səbəb olub.Təbii ki, gőrűləcək işlər kifayət qədərdir. İlk olaraq MTN quldurları tərəfindən həbs edilmiş gűnahsız insanların barəsində açılmış qurama cinayət işləri yenidən araşdırılmalı , sifarişləri yerinə yetirmiş prokuror və műstəntiqlər cəzalandırımalıdırlar. Gűnahsız həbs edilmiş insanlara isə bəraət verilməlidir. Bu halda prokurorluq itirilmiş nűfuzunu tam bərpa edib, őlkə vətəndaşlarının etimadını qazana bilər.

MTN dəstəsinin sifarişini manyak Zakir Qaralov, cəllad Rűstəm Usubov canla-başla icra edirdilər

images

İki dəfə MTN-nin sifarişiylə tam gűnahsız olaraq həbs edilmişəm. Barəmdə 5 və 8 illik həbs hőkmű çıxarılıb. Absurd ittihamlarla 2003-cű ildə “cinayət işi”mi araşdıran műstəntiqlərdən biri sonradan dələduz kimi həbsə məruz qaldı. 2010-cu ildə Eldar Mahmudovun quldur dəstəsi tərəfindən nővbəti dəfə həbsə məruz qaldım. Cinayət məcəlləsinin 5 maddəsiylə ittiham olunurdum ki, onların heç birinin mənimlə yaxın-uzaq əlaqəsi yox idi. Cinayətkar MTN dəstəsinin sifarişini manyak Zakir Qaralov, cəllad Rűstəm Usubov canla-başla icra edirdilər.

Məhkəmə prosesində prokuror H.Əhmədov mənə utanıb-qızarmadan 14 il həbs cəzası tələb etmişdi.Yaxşı ki, “ədalətli” hakim azacıq da olsa abır-həyasına qısılıb məni 8 illik həbs cəzasıyla “műkafat”landırdı. Űmidimi yalnız uca Tanrıya və onun ədalətinə bağlamışdım…
Boynuyogun Eldar Mahmudovun űzűnə tűpűrdűlər. Məni addım-addım izləyən, pislik dağarcığı, MTN-nin Antiterror Mərkəzinin rəis műavini intihar edərək həbsxana əzabından qurtulsa da, sorgu-sualdan necə qurtulacağı hələ bəlli deyil. Onun rəisi, riyakar, iyrənc biri olan Elçin Quliyev isə cəzaçəkmə műəssisəsində “Şrek” ləqəbiylə məşhurlaşıb.

Eldarın cinayətkar dəstəsi hələ tam tűkənməyib

1617637332_1617636458.eldar_mahmudov

Eldar Mahmudovun cinayətkar dəstəsinə qarşı műbarizəyə başlayan, mətbuatda onlara qarşı silsilə yazılara imza atan ilk insanlardan biri olmuşam. Eldarın “bandası” ifşa olunsa da, mən və ailəm təqib-təhdidlərdən xilas ola bilmədik. Ővladlarım məhkum ővladları sayılaraq işləmək hűququndan əbədi məhrum olunmuş kimidirlər. Őzűmnən sőhbət açmağa belə dəyməz. Həqiqətləri sőyləməyimin bədəlini ődəyirəm. Yaxşı deyiblər, “dűşmənlərinin çoxalmasını istəyirsənsə, həqiqəti sőylə”.
Şűbhəsiz, Eldarın cinayətkar dəstəsi hələ tam tűkənməyib.Çirkli milyardlarıyla çoxlarını danışdırır, çoxlarını şantaj edə bilirlər. Qulbeçələri hərəkətlidirlər. Qəribəsi odur ki, MTN-nin sifarişiylə mənə qurama cinayət maddələri yağdıran, hər dəfə űzűmə yalançı şahidi taparkən çırtma vurub oynayan, műstəntiq İbrahim Lənbəranski zirvələri fəth edə-edə irəliləyir. Pirallahı prokurorluğundan Sabunçu rayonu prokurorluğuna addımlaya bilib.

Dűnən ,Baş Prokuror Kamran Əliev də addımlayıdı. Xalqla birlikdə addımlamağı bir başqa gőrűntű idi. Sevindim təbii ki. Kaş ki, K.Əliyev həmişə belə məğrurluqla, inamla addımlaya. Kaş ki, yolun davamında, ətrafında İ.Lənbəranski kimilər olmaya. Axı, Lənbəranskinin gűnahı heç də Mővlan Şıxəlıyevin gűnahlarından az deyil. Səhv etmirəmsə, İ.Lənbəranski MTN-nin indi həbsdə olan generalı Elçin Quliyevin yaxın qohumudur. Qohumların əlbir olaraq nə kimi cinayət işlətdikləri araşdırılmalı, Lənbəranski də M.Şıxəliyevlə birgə istintaqa cəlb edilməlidir.