Əli Həsənov məndən MTN və Rauf Arifoglu barədə yazıları dayandırmağı xahiş etdi…

0
27

Əvvəli bu linkdə:

http://milletim.info/2020/09/09/gəncədə-surətdən-eldar-həsənov-da-ehtiyatlanirdi/

Uzun műddət gőrűşmədiyim yaxınlarımın mənimlə gőrűşmək istəmələrinin arxasında bir səbəb dayandığını təhmin etmişdim. Dűşűndűyűm kimiydi. Onlar, bir qohumlarının çətin duruma dűşdűklərini sőyləyib, məndən yardım istəyirdilər.Təsəvvűr etmək çətin deyil , həmin zaman içimdə çəkdiyimi. Birotaqlı mənzildə kirayə yaşayırdım. Mənzil Tűrkiyədən gəlmiş kűrdəsilli Osman adlı birinə məxsus idi. Şəraitsiz evdən baş gőtűrűb qaçmaq istəsəm də, imkansızlıq məni durumumla barışmağa məhkum etmişdi. Çəkdiyimi kimsəyə sőyləmədiyimdən tanışlarımın məndən kőmək ummalarına təbii baxdım. Kənardan zəngin gőrűnűrəmmiş…
Həyatda qazandığım ən bőyűk sərvətim etibarım olub.Bəzi şərəfsizlər bu sərvətimə zərbə vurmaq istəsələr də, həqiqət űzə çıxdıqda mənə etimadı olanları sevindirə bilmişəm…

“Mafioz qűvvələr tərəfindən Həsənovların űzərinə bőyűk basqı varmış”

1479541388_eldar-hasanov

Tanışlarım , Eldar Həsənovun qardaşı Şahinin çətin duruma dűşdűyűnű sőyləyib, ona kőmək etməyimi xahiş edirdilər.Çətin məsələydi.Gőrűnən o idi ki, bəzi mafioz qűvvələr tərəfindən Həsənovların űzərinə bőyűk basqı var.Ertəsi gűn nahara qədər vaxt verilmişdi.Mafiyanın istədiyi həmin zamana qədər çatdırılmasaydı, Həsənovlara məxsus bir obyekt yerlə yeksan ediləcəkmiş.Bax belə, hələ 2009-cu ilin payızında Eldar Həsənov və dogmaları ciddi sınaga çəkilirmişlər.

“Heydər Əliyev o zaman E.Həsənova Naxçıvan Ali Məclisi adından təşəkkűr etmişdi…”

20200913_142146

Bir anlıq 1992-ci ildə E.Həsənovun Naxçıvanın műdafiəsi űçűn etdiyi bőyűk xidmətləri xatırladım.Heydər Əliyev o zaman E.Həsənova Naxçıvan Ali Məclisi adından təşəkkűr etmişdi…
Eldar Əliyevə zəng etdim.O, mənim inandıgım, gűvəndiyim dostlardan biri idi.Allah lənət eləsin Eldar Mahmudov və onun lənətlənmiş çevrəsinə, məhz, onların cinayətkar əməlləri nəticəsində yaxın dostumla műnasibətimizdə soyuqluq yarandı.MTN-nin basqısı nəticəsində E.Əliyev vətəni tərk etmək məcburiyyətində qaldı.MTN-nin işverən şərəfsiz əlaltıları isə, təəssűf ki, hələ də alçaq, şərəfsiz, cinayətkar əməllərini davam etdirməkdədirlər.Yaxın zamanlarda onların dűnən və bu gűn etdikləri şərəfsizlikləri qələmə almagı dűşűnűrəm.Məhz həmin şərəfsizlərin əməllərinə gőrə , mənim də etibarıma műəyyən qədər zərbə dəydi.Saglıq olsun…
E.Əliyevə məsələni açıqladım.Həmişəkitək gűlűmsəyib:” qardaş, sən, zəmanət verirsənsə, nə deyirsən edim”-cavabını eşidib, sevindim.
Mafiya Ş.Həsənovdan bőyűk miqdarda “haqq” tələb etmişdi.Kəsiri oldugundan qəbul etməmiş, “başıbűtőv” gətirmələrini istəmişdilər. Əlbəttə, onun, E.Həsənovun qardaşı oldugunu bilə-bilə.Həmin zaman isə E.Həsənov Azərbaycanı xarici őlkədə təmsil edir, Heydər Əliyevə heykəl qoydururdu…
Ertəsi gűn dostum Eldar, həyatımda ilk dəfə rastlaşdıgım Şahini sevindirdi.Mən də sevinirdim.17 il őncə məni Gəncədə sevindirmiş E.Həsənovun qardaşına azacıq da olsa kőmək edə bildiyimə gőrə…
“Vurulmuş”lardan olan ,Prezidentin sabiq kőməkçisi Əli Həsənovla da gőrűşűműz bir dəfə 2009-cu ildə olub.
Dostumuz Əvəz Zeynallının Nərimanov rayon məhkəməsində məşhur “Hitler işi”nə gőrə məhkəmə prosesi keçirilirdi.Elə həmin zaman məni Prezident Administirasiyasına-Əli Həsənovun gőrűşűnə dəvət etdilər.Bu barədə Əvəz bəy, Fərəməz Novruzoglu və Sərdar Əlibəylini məlumatlandırıb, gőrűşə getdim…
Tarixin istehzası belə olarmış.Naxçıvanın műdafiəsində təşkilatçılardan olmuş, hər qarış torpagı ugrunda dőyűşçű qardaşlarıyla vuruşműş, yaxınlarını şəhid vermiş Ramiz Tagıyevi Əli Həsənov təkkəbbůrlə sűzűb:”nə istəyirsiniz Eldar Mahmudovdan, nə vermisiniz ki, bu dővlətə ala bilmirsiniz” deyə , hədələməyə girişmişdi.Nədənsə, bu adamı ilk baxışda məşhur bir cizgi filmindəki Paspartuya bənzədib űrəkdən gűlmək istədim.İçimdən bir səs gəldi, hardan-hara gəldik, gőr, kimlərin əlində qaldıq deyə.Őzűmű ələ alıb, Əli műəllim, MTN-də baş verən cinayətlərdən xəbəriniz yoxdur?- dedim.
-Tagıyev, deyəsən harda oldugunu və kimlər barədə bőhtan danışdıgını unutmusan ?
-Əli műəllim, heç nəyi unutmuram bəziləri kimi.Keçmişi də, bu gűnű də…
Qəzəbindən bogazındakı damarların şişdiyi hiss olunurdu.Əslində, őzűműn də ondan yaxşı vəziyyətdə olmadıgımı bilirdim.
-Səni, Fərəməzi, Sərdarı həbs edəcəklər.Nə qədər gec deyil çəkilin , oturun yerinizdə…
-Əli műəllim, siz ki, bizləri tanımamış deyilsiniz.Bizi, dogru bildiklərimizi sőyləməkdən, yazmaqdan kimsə çəkindirə bilməz.Həbsxanaları da , sifarişli həbsləri də çox yaşadıq…
Sőhbətimiz uzun çəkdi.Ə.Həsənov geri çəkilmiş kimi gőrűnűrdű.Sonda, hətta , sifətinə təbəssűm qonmuşdu.Demə, dərdi varmış…
-Fərəməzə de ki, “Raufnamə” səhifəsini yıgışdırsın.Nəyə lazımdır keçmişləri qurdalamaq ?
Fərəməz bəy “Millətim” qəzətində “Raufnamə” adlı bir səhifə açıb, Rauf Arifoglu və digərlərinin keçmiş və yeni yazıları arasında műqayisələr apararaq onları yetərincə narahat edə bilmişdi.
-Əli műəllim, bu həmin Raufdur ki, ulu őndəriniz barədə kűçə təhqirləri yazır və yazdırırdı.Nə oldu ki ?
-Mən, yerli kimi sizdən bir xahiş edirəm.Rauf mənim, şəxsi dostumdur.
-Sőz vermirəm, ancaq sizin xahişinizi Fərəməz bəyə çatdıraram-dedim.
Bu, bizim, birinci və axırıncı gőrűşűműz oldu.Çox çəkmədi , Fərəməz, Sərdar və mən, ard-arda , bir neçə dəfə həbs edildik…
Ə.Həsənovun sőylədiklərində həqiqətlər var idi.O, műxalifətdə őz dostlarını himayə edə bilirmiş.Heydər Əliyevin űstűnə silah cəkəni deputat mandatı, onu təhqir edənləri isə əməkdarlıqla műkafatlandırmaq məqamındaymış…

Ramiz Tağıyev

FB_IMG_1598981643453-768x1032