Gəncədə Sűrətdən Eldar Həsənov da ehtiyatlanırdı

Əvvəli bu linkdə:

http://milletim.info/2020/09/04/heyd%c9%99r-%c9%99liyev-onu-qov-dedi/

Biz YAP-çılar kimi klan, villa yox, ordu qururduq

1992-ci ilin əvvəlləriydi. Naxçıvanın műdafiəsini təşkil etmək űçűn əlimizdən gələni edirdik. Dűşmən tez-tez hűcum etsə də, tərəfimizdən layiqli cavabını alıb, geri oturdulurdu. Bu səbəbdən də silahlanmanı ən őnəmli işimiz kimi qəbul edib, gah araz çayına baş vurur, gah da digər məkanlara űz tuturduq.Biz, YAP-çılar kimi klan, villa qurmaq barəsində bir an belə dűşűnmədik, biz yalnız ordu qurmaq istəyirdik.

Gəncədə Şerbakın silah alveriylə məşgul olduğu xəbərini alıb , ora səfər etmişdik.
O zaman Gəncə Nəqliyyat Prokurorunun műavini vəzifəsində çalışan Hűseyn Əlizadəylə həm qohumluq, həm də dostluq əlaqələri olduğu űçûn onun qonağı olduq. O, Əli Őmərovun műavini idi. Bu isə işimizə yarıyırdı.Ə.Őmərovun Şerbakla isti műnasibətlərindən xəbərdardım. Prokurorundan fərqli olaraq H.Əlizadə vətənpərvər və təmənnasız insan kimi yaddaşıma həkk olub.Xatırlatmaq istəyirəm ki, Hűseyn műəllim həmin illərdə “Naxçıvana yardım” adlı gizli təşkilat yaratmış , həmin təşkilat vasitəsiylə Naxçıvanın műdafiəsinə xeyli yardım gőstərə bilmişdi. Ruhu şad olsun!

Dostlarımız bizə Gəncədə ehtiyatlı olmağı , Lələnin ( Gəncədə Sűrəti belə çağırırdılar) və adamlarının diqqətini çəkməməyi tővsiyyə etmişdilər. Qəribə idi, onun adı gələndə hər kəs pıçıltıyla danışırdı…
Xeyli silah-sursat ala bilmişdik. Bu műamilədən Ə.Őmərov nə qədər qazanmışdı, bu artıq başqa mővzunun şőhbətidir…
Yűkűműzű Naxçıvana hərbi təyyarəylə aparmalıydıq. Beləki , əldə etdiklərimizin sırasında “BTR” adlanan hərbi texnika da var idi. Çox danışıqlar aparsaq da , təyyarə məsələsində kimsəni razı sala bilmədik.Qeyd etdiyim kimi, Lələnin xofu canlarına işləmişdi.
Naxçıvana-Heydər Əliyevə telefon açıb, durumu sőylədim. Dűşűnűrdűm ki, Rusiyadakı əlaqələrindən istifadə edə bilər. Qaldığım evin telefon nőmrəsini őyrənib, xəbər gőzləməyimi bildirdi.
Çox keçmədi ki, telefon zəng çaldı.Dəstəyi H.Əlizadə qaldırdı.Hűseyn műəllim zəng açanın Həsən Həsənov (o zaman baş nazir idi) olduğunu bildirib, dəstəyi mənə uzatdı. H.Həsənov mənə Gəncə Polis İdarəsinin rəisi Eldar Həsənova yaxınlaşmağımı məsləhət bilib, onun təyyarə məsələsində yardım edəcəyini bildirdi.
Sevincək E.Həsənovun qəbuluna getdim. İlk baxışda quru insan təsiri buraxdığından, içimdə űmidsizlik yaşadım. Polis rəisi sərt baxışlarıyla məni sezərək :” rayon rəhbərisən, işini-gűcűnű buraxıb, silah daşıyırsan”- dedi.
Gűldűm və cavabında, Eldar műəllim, indi bundan vacib iş varmı?- sualını verdim. Sifətini daha da ciddiləşdirib :” sizi sınayırdım, kaş ki, bűtűn rayon rəhbərləri sizin kimi műdafiə işinə őnəm verərdi.Əlimdən gələni edəcəyəm.Əlaqə saxlamışam və ilkin razılıq əldə etmişəm.Ancaq bir problem var, ağır yűklű təyyarələrin Naxçıvan aeroportuna dűşməsi təhlűkəlidir deyirlər. Razı salacam műmkűn qədər. Naxçıvana yardım etmək borcumuzdur. Allah sizin kőməyiniz olsun, ağır gűnlər yaşayırsınız.Yaxşı ki, Heydər Əliyev ordadı.Siz cavansınız, çalışın ondan őyrənin”.Bőyűk űmidlə və xoş təsűratla E.Həsənovdan ayrıldım.

Axşam E.Həsənov Hűseyn műəllimə telefon açıb, gőrűşə dəvət etmişdi.Rəis həm də məni qonaq etmək istəmişdi. Sűfrə arxasında xeyli sőhbət etdik. Sevindirici xəbəri də orda aldım. Ertəsi gűn saat 11-də hərbi təyyarə bizi gőzləyəcəkdi. E.Həsənov bir daha Lələni xatırladıb:”ehtiyatlı olmaq lazımdı, sizi bilmirəm, mən, Lələnin bandasından qorxuram”-deyib, bizimlə sagollaşdı.

Sőz verdiyi kimi oldu.Ertəsi gűn saat 12-də hərbi təyyarəylə Naxçıvana uçurduq. Dőyűşçű qardaşlarım bizi sevinclə qarşılayacaqdılar…
Uzun illər keçəcək, hər şey unudulacaq, İlham Əliyev bizim bűtűn xidmətlərimizin űstűndən qara xətt çəkib, ard-arda etdiyi çıxışlarda AXC-ni və onun vətən uğrunda dőyűşən űzvlərini xəyanətdə suçlayacaqdı…
E.Həsənovu sonradan yalnız ekranlarda gőrdűm. Dəyişmişdi, çox dəyişmişdi…Gőrűnən o idi ki, onun űçűn műqəddəs olan yalnız vəzifə kreslosuydu…
İllər őtdű, Həsənovların bir nűmayəndəsiylə də qarşılaşmalı olduq. 2009-cu ildə… Elə o zaman hiss etdim ki, Həsənovların űzərinə ciddi basqı var…

FB_IMG_1598981643453-768x1032

Ramiz Tağıyev

Ardı olacaq