Sumqayıtda avtobus binaya çırpılıb, 20-dən çox yaralı var –VİDEO

Sumqayıt şəhərində yol qəzası baş verib.

Strateq.az Repot-a istinadən bildirir ki, 16-cı məhəllə ərazisində 30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb.

Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.