Qarşıdakı onilliklərdə Azərbaycan qlobal təbii qaz bazarında mühüm aktorlardan olacaq.
Milletim.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri sentyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
“Hazırda Azərbaycanın təbii qaz hasilatı illik 18 milyard kubmetr civarındadır. Qarşıdakı 20 ildə Azərbaycanın təbii qaz istehsalının 3 dəfə artacağını proqnozlaşdırırıq”, – deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qeyd edib.