WhatsApp yazışmalarına baxmağa icazə verildi…

İndiyədək WhatsApp yazışmaları təhlükəsiz, izlənməsi mümkün olmayan şəbəkə hesab olunurdu. Hətta bəzi ölkə əhəmiyyətli iri miqyaslı tədbirlərdə bu şəbəkəyə məhdudiyyət tətbiq olunurdu və ölkəmizdə də bunun şahidi olmuşduq. İndi vəziyyət dəyişdi.
Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, WhatsApp messencerində yazışmaların şifrələnməsi bir daha olmayacaq.
Beləliklə xüsusi xidmət orqanları asanlıqla yazışmalara girib baxa biləcək. Messencerin yaradıcıları bu addımı Facebook-un tələbi ilə həyata keçirir, çünki WhatsApp-ın faktiki sahibi onlardır.
Facebook-un yaradıcısı Mark Zukerberq bildirib ki, bu qərar Amerika hakimiyyətinin tələbi ilə qəbul olunub. Bu, xüsusi xidmət orqanlarına imkan verəcək ki, onları maraqlandıran istifadəçinin yazışmaları barədə maneəsiz məlumat əldə etsin və bununla da terrorçuların  və psixi xəstə adamların hərəkətləri barədə qabaqcadan xəbərdalıq edə bilsin. Beləliklə, 2019-cu ildən bu rabitə şəbəkəsi zəif şifrələrlə işləyəcək.
Bundan başqa Zukerberq bildirib ki, WhatsAppda tezliklə reklamlar yaranacaq ki, şirkət bu populyar messencerdən gəlir əldə edə bilsin