Arda Turana rekord cəza verildi

Türkiyə Futbol Federasiyasının İntizam Şurası “Başakşehir” klubunun oyunçusu Arda Turanı cəzalandırıb.
Milletim.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunçuya rekord cəza verilib. Belə ki, onun 16 rəsmi oyuna çıxmağına qadağa qoyulub.
Xatırladaq ki, A.Turan Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində keçirilən “Başakşehir”-“Sivasspor” matçı zamanı yan xətt hakiminə kobud şəkildə etirazını bildirərək, onu itələmişdi. Hakimin qırmızı kartını görən oyunçu daha sonra isə onu yumruqla hədələmişdi.