Azərbaycanlı modelyer ölüm ayağında – Video

Azərbaycanlı modelyer ölüm ayağında – Video

Azərbaycanı bir çox ölkələrin podiumlarında təmsil edən modelyer Leyla Əhmədova aclıq aksiyası keçirir.

Bu barədə müğənni Səidə Sultan məlumat verib. O, bildirib ki, hazırda Leyla Əhmədovanın vəziyyəti çox pisdir:

“Leyla Əhmədova çox pis durumdadır. Az öncə yanında idim. Leyla xanım artıq 5 gündür ki, aclıq edərək özünə qəsd edir. Modelyer bir ilə yaxındır ki, calışdığı məkan uğrunda haqsızlığa qarşı mübarizə aparır. Əks tərəf yenə də öz bildiyini edərək azərbaycanlı xanıma əziyyət edir. Onun yolunu gözləyən anası, günlərdi həsrət qalan övladlar var”.