Məlahət Abbasova Sibel Canla eyni serialda: Tatyananı oynayacaq

Aktrisa Məlahət Abbasova Sibel Canla eyni serialda rol alacaq.

Bu barədə aktrisa ötən gün baş tutan konfransda deyib: “Sevdanın bahçesi” adlı ekran işində rol alacam. Serialda türkiyənin məşhur müğənnisi Sibel Can  və aktyor Emre Kınay da çəkilir. Serial sentyabrdan Kanal D-də yayımlanacaq. Ekran işində tatyana obrazını canlandırıram. Dedilər ki, rus dilini bilən aktrisa lazımdır. çünki bəzi bölümlərdə rusca danışacağam. Maraqlı ekran işi olacaq”.