“Samsung” hava limanlarında “Galaxy Note 7” smartfonlarınıdəyişdirmə məntəqələri açır

Koreya Respublikasının “Samsung” şirkəti hava limanlarında “Galaxy Note 7” smartfonlarının dəyişdirilməsi üçün məntəqələr açır.

Azərtac “gazeta.ru”ya istinadla xəbər verir ki, bununla istehsalçı son anda sərnişinləri təhlükəli smartfonlarla təyyarəyə daxil olmasının qarşısını ala biləcəyinə ümid edir. İlk belə xidmət Koreya Respublikasının hava limanlarında tətbiq edilib. “Samsung” şirkəti isə rəsmən təsdiq edib ki, belə məntəqələr ilk olaraq Avstraliyada açılır. Həmçinin analoji məntəqələrin ABŞ-da da fəaliyyət göstərməsi barədə məlumatlar verilir.

Baxış zonalarının qarşısında yerləşdirilən bu məntəqələr istifadəçilərə smartfonlarını dəyişməyi təklif edir.

Analitiklərin hesablamalarına görə, “Galaxy Note 7”nin istehsalının dayandırılmasına və aradan qaldırılmasına baxmayaraq, hazırda 1 milyon smartfon istifadədədir.