Göygöldə dəm qazından zəhərlənmə olub. Hhadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.
Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.
Hadisə nəticəsində uşaqlar vəfat edib, qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.