Türkiyədə 15 iyul qiyamından sonra həbs edilən şəxslərin sayı 16 minə çatıb.
Bu barədə Ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. Onun sözlərinə görə, 6 min nəfərə yaxın şəxs də saxlanılıb.
Bundan əlavə, 7 668 nəfər də polisin nəzarətindədir.
“Bu rəqəmlər dəyişə bilər. Yeni saxlanılanlar və həbs edilənlərin olması gözləniləndir”, – deyə nazir bildirib.