Kürdəxanıda 15 yaşlı oğlan özünü asdı

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Kürdəxanı qəsəbəsi D.Vasif küçəsi, ev 113 ünvanında yerləşən avtotəmir sexində çalışan 2001-ci il təvəllüdlü Teymur Həsənli özünü tavandan trosla asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. (“Report”)