Azərbaycanın daha bir idmançısıdopinq testində “ilişdi”…

0
6

Azərbaycanın ağırlıqqaldırma üzrə yığmasının daha bir üzvinin dopinq testindən keçə bilmədiyi deyilir.

Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb.

Apasport.az saytının xəbərinə görə, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranı Sərdar Həsənov da var.

Sərdar Həsənovdan götürülən analizin təkrar yoxlamada müsbət nəticə verdiyi bildirilir. Onun orqanizmində deqidroxlorometiltestosteron aşkarlandığı qeyd edilib. Nəticədə onun bütün yarışlardan diskvalifikasiya edildiyi söylənir. Dopinqdən istifadə təsdiqlənərsə, onun dəqiq cəzaları açıqlanacaq.