Diqqət! Ağcaqanadlar bizi bu qurda yoluxdura bilər

0
6

Yay aylarında ən yayılmış problemlərdən biri ağcaqanadlardır. Adətən biz ağcaqanadı zəhlətökən, ancaq  ziyansız həşərat hesab edirik.

Lakin bu heç də belə deyil. Aqcaqanadlar bizi çox təhlükəli qurdlara yoluxdura bilər.

Bu qurdlardan biri dirofilyariya qurdudur.

İnsanlardan əlavə ağcaqanadlar həmçinin heyvanların da (it, pişik, siçovul və s.) qanını sovurur. Heyvanlarda tez-tez dirofilyariya qurdu olur. Bu qurdu olan heyvanın qanını içən ağcaqanaq daha sonra insanı dişləsə qurdun sürfələri insanın qanına düşə bilər və sonra orqanizm boyu yayıla bilər. Bir çox hallarda qurd insanın dərisinin altında inkişaf etməyə başlayır və ağcaqanad dişləməsindən bir neçə ay sonra burada burulmuş sap formasında olan qeyri-adi şişkinlik yaranır (şəkilə bax).

b_420_0_16777215_0___images_stories_Maraqlixeber_dirofilyariya-1.jpeg

Qurdu dərinin altından çıxartmaq üçün kiçik cərrahi əməliyyat aparılır.

Dirofilyariyalar bəzən qan axını ilə insanın digər orqanlarına (ağciyərinin, ürəyinin içinə) düşə bilər. Bu çox təhlükəlidir və ciddi pozulmalara səbəb ola bilər.