Türkiyə millət vəkilindən Ermənistana mesaj

0
8

Türkiyə millət vəkilindən Ermənistana mesaj

Bu gün İqdır bölgəsinə gələn Türkiyənin Millətçi Hərəkat Partiyası sədrinin köməkşisi Atilla Kaya və bu bölgədən olan millət vəkili Sinan Oğan, partiya funksioneri Abbas Bozyel Ermənistan sərhədinə gələrək şəhid olmuş Azərbaycan əsgərləri ilə bağlı başsağlığı diləyiblər.

Teleqraf.com xəbər verir ki, MHP-dən olan funksionerlər İqdır- Aralık avtomobil yolunun yaxınlığıda olan Ermənistan sərhədində olan və bağlı saxlanılan Alican Sərhəd Qapısının qarşısına gəlib.

Burada çıxış edən millət vəkili Sinan Oğan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin gərəkli olduğunu diqqətə çatdırıb. O, işğal edilən torpaqların geri qaytarılmadığı halda Alican Sərhəd Qapısının açılmasına heç bir halda izn verməyəcəklərini deyib.

LEAVE A REPLY