Güclü immunitet üçün təbii alma sirkəsi. RESEPT

0
6

Təbii alma sirkəsi çox faydalı müalicəvi məhsuldur – immuniteti möhkəmləndirir, cavanlaşdırır, damarları təmizləyir, aterosklerozun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır, arıqlamağa kömək edir.

Lakin bunu da nəzərə almaq lazımdır ki, yalnız təbii alma sirkəsi müalicəvi xüsusiyyətlərə malikdir.

Alma sirkəsini ev şəraitində hazırlamaq olar. Bunun üçün 1 kq alma (qabıqlı) sürtgəcdən keçirilir, üzərinə 1 l qaynanmış ilıq su tökülür, 40 qr ovumuş qara çörək, 10 qr maya və 1/2 stəkan şəkər tozu əlavə olunur və qarışdırılır. Qarışığı 10 gün ərzində otaq temperaturunda saxlayın, gündə 2 dəfə qarışdırın. Sonra yaxşı süzün və butulkalara tökün. Daha 1 həftə saxlayın və sonra müalicə üçün istifadə edin.

Hər gün 1 stəkan ilıq suya 1 x.q. alma sirkəsi və 1 ç.q. bal əlavə edin, qarışdırın və için.