Torpaq uğrunda ölən varsa,Vətəndir!!!

0
6

Qüdrət Əzizov

Torpaq uğrunda ölən varsa,Vətəndir!!!

Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq uğrunda ölən varsa,Vətəndir.

Bu gün dünayanın siyasi xəritəsində yer tutan hər bir dövlət varoluşunu, bu uğurda canlarını fəda edən şəhidlərinə borcludur. Vətən- biz var olduqca mövcuddur. Onu qorumaq bizim borcumuz, uğrunda şəhid olmaq isə bir Allah lütfudur. Ta qədimlərdən belə bizə aşılanan Vətən sevgisi, onun uğrunda canımızdan keçmək biz Türk millətinin ən vacib, ən ülvi hissi olub. Bizim Vətənə olan eşqimiz hər bir şeydən irəlidə gedir. Buna tarix belə şahid olub, görüb və bundan sonra da gələcək nəsillərə Türkün Vətən eşqini çatdıracağıq ki, bütün dünya bu eşqə həsəd aparsın.
Vətənimiz uğrunda çoxlu sayda şəhidimiz olub. Onlar bu torpaqlarda doğulub, böyüyüb və Vətənə olan borclarını ömür boyu unudmayacaq, hər an hörmətlə, ehtiramla yad edilən şəkildə ödəyərək yerinə yetiblər. Şəhid qardaşlarımız və bacılarımız bizlərə əmanət qoyub bu torpaqları. Və indinin özündədə biz bu torpaqlar üçün bu Vətən üçün şəhidlər veririk. Torpaqlarımızın düşmən taptağından azad edilməsi üçün bu mütləqdir. Vətəni var edən həmin şəhidlərimizdir.
Son günlərdə aldığımız xəbərlər bizi bir daha düşünməyə vadar etdi ki, müharibə qaçılmazdır. Çünki daha gözləməyə taqətimiz qalmayıb və biz güclü, rəşadətli ordumuzla qadiriq ki, torpaqlarımızı azad edək. Düşməni bir dəfəlik öz əzəli torpaqlarımızdan çıxarmağa gücümüz yetərincədir.
Müharibə şəraitidə yaşayırıq… Bəs hər an yenidən başlaya biləcək müharibəyə hazırıqmı? Təbii ki, burda ordumuzun hazırlığında söhbət gedə bilməz. Azərbaycan ordusunun son illərdə nə qədər gücləndiyi, müasir silah növləri ilə təmin olunması bütün dünyaya məlumdur. Amma sivil əhali buna hazırdırmı? Müharibə şəraitində yaşayan ölkədə əhali arasında daimi maarifləndirmə işləri aparılmalıdır. İgid oğul və qızlarımızın hərbi hazırlığına hələ məktəb illərindən böyük diqqət yetirilməlidir. Çünki ali məktəbə qəbul olmayan hər bir şagird əskər adı alaraq cəbhəyə yollanır. Bəs məktəblərdə hərbi dərslər nə səviyyədədir? Cavabını çox gözəl bilirik ki, yetərli səviyyədə deyil. Bu bizim üçün vacib məsələlərdəndir, çünki 17 yaşında bir gənc üz tutacaq cəbhəyə, əgər həyatı boyu silahdan anlayışı olmayan, onun necə istifadə olunduğunu bilmirsə, olacaqlar hər kəsə məlumdur. Necə ki, bu gun də rastlaşırıq silahla ehtiyatsızlıq üzündən əsgərlərimizin şəhid olması ilə. Bütün bunlar həmin əskərlərin məlumatsız olmasından irəli gəlmirmi? Əminəm ki, yeni tədris ilindən məktəblərimizdə hərbi dərslərinə lazımi qədər diqqət yetiriləcək. Hər bir Azərbaycan gənci özünü anladığı andan torpaq uğrunda canından keçməyə hazır olmalıdı.

Azərbaycanda bu günə kimi 210 milli qəhrəmanı olub. Onlar Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarına görə təltif ediliblər.
Məsələn, 1993-cü il 2 aprel tarixində işğal olunmuş Kəlbəcər 217 şəhid verib və onlardan ikisi Milli qəhrəmandır, Ağdam 538 şəhid verib və onlardan 17-i Milli qəhrəmandır, Laçın 259 şəhid verib və altı şəhidimiz milli qəhrəmandır. 193 nəfəri şəhid verən Şuşanın 5 milli qəhrəmanı, 613 şəhid verən Xocalının 10 milli qəhrəmanı var. Cəbrayıl 347 şəhid verib, onlardan dördü, 528 şəhid verən Füzulinin 6, 191 şəhid verən Zəngilanın 2 milli qəhrəmanı var. Bunlar Azərbaycanın işğal altında olan rayonları olduğuna görə onların adlarını xüsusi vurğuladım.
Bir azda daşnaq ermənilərin torpaqlarımıza tarixi təcavüzlərindən danışmaq istəyirəm.Bir qədər keçmişə nəzər salaq və bizim əzəli torpaqlarımıza daşnak ermənilər tərəfindən tarix boyu hər bir yolla yiyələnilmək istədiklərini görəcəyik.
Ermənistan SSR-ın Azərbaycanın bu hissəsinə olan ərazi iddialarını 5 iyul 1921-ci il tarixində Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu qərar qəbul etmişdir ki:
Müsəlmanlar ilə ermənilər arasında milli sülhün zərurətini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrinin vacibliyini və Yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılsın və Şuşa şəhəri inzibati mərkəz olmaqla, Dağlıq Qarabağa geniş muxtariyyət verilsin.
1923-cü il iyulun 7-də əhalisinin əksəriyyətini ermənilər təşkil edən Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Muxtariyyətin inzibati mərkəzi kimi Xankəndi şəhəri müəyyənləşdirildi. 1923-cü il oktyabrın 6-da şəhərin adı dəyişdirilərək, daşnak-bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
DQMV-nin sərhədləri elə müəyyənləşdirilmişdi ki, erməni əhalisinin çoxluğu təmin edilsin. Bölgədə aparılmış son rəsmi statistikaya – 12 yanvar 1989-cu il tarixli əhalinin siyahıya alınmasına əsasən, muxtar vilayətin əhalisinin sayı təxminən 189 min nəfər təşkil etmişdir. Onlardan təxminən 139 mini erməni (73,5 faiz), təxminən 48 mini azərbaycanlı (25,3 faiz) və təxminən 2 mini digər millətlərin nümayəndələri (1,2 faiz) idi.
Ermənistanda isə o vaxt kompakt şəkildə yaşayan 200 mindən çox azərbaycanlıya isə istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət verməkdən belə imtina edilmişdir.
Erməni təbliğatı Dağlıq Qarabağ münaqişəsinin başlanmasının səbəblərindən biri kimi bölgədə guya erməni əhalisinə qarşı ayrı-seçkilik edilməsini göstərir. Dağlıq Qarabağın erməni əhalisinə qarşı ayrı-seçkilik iddialarına gəldikdə, tənqidi araşdırmalar bunun əksini sübut edir.
Dağlıq Qarabağın Azərbaycan SSR-ın tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdur. DQMV özünü idarəetmənin bütün əsas elementlərinə sahib idi. SSRİ və Azərbaycan SSR Konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 16 iyun 1981-ci il tarixində qəbul edilmiş Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanunla tənzimlənirdi.
Milli ərazi vahidi kimi DQMV inzibati muxtariyyət formasına və əhalisinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. Keçmiş SSRİ-nin Konstitusiyasına uyğun olaraq, DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu.
DQMV-nin hakimiyyət orqanı olan Xalq Deputatları Soveti geniş səlahiyyətlərə malik idi. O, milli və digər xüsusiyyətləri nəzərə alaraq, vilayətdə yaşayan vətəndaşların maraqları əsasında bütün yerli məsələləri həll edirdi.
Erməni dili bütün hökumət, inzibati və məhkəmə orqanları, həmçinin prokurorluğun işində, eyni zamanda vilayət əhalisi əksəriyyətinin dil tələbatını əks etdirən təhsildə də istifadə edilirdi. Erməni dilində yerli televiziya və radio verilişləri, qəzet və jurnalların nəşri təmin edilirdi.
Ermənilər Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün hələ 1940-cı illərdə SSRİ rəhbərliyinin razılığını almağa çalışmışdılar.
SSRİ Xalq Komissarları Soveti sədrinin (İ.Stalin) müavini olan Anastas Mikoyan başda olmaqla ermənilərin Moskvada əyləşən liderlərinin bu yöndə cəhdlərinə xarici ölkələrdəki güclü erməni diasporu da dəstək verirdi. Xaricdəki erməni diasporu dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər.
Lakin həmin dövrdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmayan, əvzində 100 min azərbaycanlının Ermənistandan köçürülməsinə (1948-1953) nail olan ermənilər, nəhayət, 80-ci illərin sonunda bu iddianın həyata keçməsi üçün əlverişli imkan qazandılar.
1987-ci ilin payızında ermənilər Qarabağ iddialarına SSRİ-nin rəhbəri Mixail Qorbaçovun şifahi razılığını ala bildilər. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi.
Tarixdən də göründüyü kimi məhfur ermənilər həmişə Azərbaycan torpaqlarını minbir hiylə ilə zəbt etməyə çalışmışlar. Amma düşmən bunu qəti şəkildə anlamalıdır ki, qəhrəman Azərbaycan xalqı torpaqlarımızın bir qarışını belə düşmən tapdağında qoymayacaq. Xalqımız hər şeyə hazırırdır, əvvəlki kimi hazırlıqsız deyil. Hər bir şeydən xəbardardır.
Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, eləcə də hökumətimiz bütün səylərini ona yönəldiblər ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Əks təqdirdə, bu gün də ölkəmizdə Ali Baş Komandanın bircə əmri ilə Vətən torpaqlarını düşmən tapdağından xilas etməyə hazır olan minlərlə, yüzminlərlə gənclərimiz var.Və biz bu müharibədən qalib ayrılaraq öz torpaqlarımıza qovuşacağıq.
Tanrı biz Türkləri qorusun!

LEAVE A REPLY