Minsk qrupunun həmsədrləri Soçidə prezidentlərin görüşündə iştirak etməyəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putinin və Serj Sarqsyanın görüşündə iştirak etməyəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı “armenpress” xəbər yayıb.
ABŞ-ın Ermənistandakı səfirliyindən bəyan ediblər ki, Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andre (Fransa) prezidentlərin görüşündə iştirak etməyi planlaşdırmırlar.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü Soçidə avqustun 8-9-da keçiriləcək.
Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də, bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.