Məhəmməd Mursi terrorçu elan edildi

0
6

Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib.

“Anadolu” xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqda qərarı rəsmi qəzetdə dərc olunub.

Qərar 3 il müddətində qüvvədə qalacaq.

Bundan əlavə, “Müsəlman qardaşlar” (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib.

Qeyd edək ki, M.Mursi 2013-cü il iyulun 3-də Misir prezidenti vəzifəsindən kənarlaşdırılıb.