Əflatun Amaşov: “Onlar yüksək rütbəli məmurlara dair ifşaedici yazılar yaymaqla məşğul idilər”

0
7

«Jam.az saytının baş redaktorunun həbsi Azərbaycanda söz azadlığöının pozulması kimi qiymətləndirilə bilməz».

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, bəzi xəbər saytları keçmiş MTN rəhbərliyi ilə bağlı olub.

«Onlar yüksək rütbəli məmurlara dair ifşaedici yazılar yaymaqla məşğul idilər ki, bu məlumatlar onlara yuxarıdan ötürülürdü. Münaqişə tərəfləri vardı və jurnalistlər onların çirkin oyunlarında iştirak edirdilər. Bunu jurnalistika adlandırmaq olmaz. Onların fəaliyyətinə şərəf və ləyaqətin qorunması nöqteyi-nəzərindən hüquqi qiymət verilməlidir», – Amaşov deyib.