0
6

Xəbər verdiyimiz kimi, Milli Azadlıq Hərəkatının önəmli simalarından olan Fərəməz Allahverdiyev (Novruzoğlu) bıçaqlanıb. Hal-hazırda aldığı iki bıçaq yarasından sonra əməliyyat olunan F.Novruzoğlu “Semaşko” kimi tanınan Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında müalicə olunur.

Strateq.az xəbər verir ki, Fərəməz Novruzoğlunun işində yenilik var. Bu gün səhər saatlarında onu ziyarət edən 16-cı Polis Bölməsinin rəisi Fuad Əliyev cinayətin açılacağına dair söz verdikdən bir neçə saat keçməmiş, F.Novruzoğlunu bıçaqlayan şəxsin müəyyənləşdirilməsi və tutulması yönündən iş intensivləşib.

Belə ki, Fərəməz bəy vurulan axşamı cinayətkar onun işlədiyi mağazadan 1 manatlıq telefon konturu alıb. Bunu öz kanalı ilə müəyyənləşdirən F.Novruzoğlu konturun yükləndiyi telefon nömrəsini polisə təqdim edib. Dərhal hərəkətə keçən polis çox keçmədən telefonun sahibini tapıb və 16-cı Polis Bölməsinin rəisi Fuad Əliyev F.Novruzoğlunun yanında olarkən abonentin fotosu təqdim olunub. F.Novruzoğlu onu vuranın həmin adam olmadığını bildirib. Amma polis araşdırmalarını davam edib və nəticə alınıb.

F.Novruzoğlu sayta açıqlamasında onu vuran adamın yaxalanmasının artıq an məsələsi olduğunu deyib: “Polisdən zəng etmişdilər. Məni vuran adamın fotosunu göndərdilər. Onu tanıdım və məni vuran adamın bu adam olduğunu söylədilər. Mənə dedilər ki, adam tam nəzarətdədir və bir yerə qaçması və ya aradan çıxması mümkünsüzdür. Adamın tutulması an məsələsidir”.