“Təkqol Əhməd”lə bağlı daha bir sensasion iddia:Mixail Saakaşvilinin şəxsi agenti olub

0
6

Oleq Moskvin

Vz.ru, 03.07.2016

 

Gürcüstan parlamenti milli təhlükəsizlik üzrə komitəsinin sədri İrakli Sesiaşvilibildirib ki, İstanbul teraktının ehtimal edilən təşkilatçısı – Çeçenistandan çıxmış Əhməd Çatayev – Mixail Saakaşvilinin prezidentliyi dönəmində Gürcüstan xüsusi xidmətlərinin agenti idi və Odessanın induki qubernatorundan şəxsən tapşırıqlar alırdı. Gürcüstanda Saakaşvilinin Çatayevlə mümkün əlaqələri haqda təhqiqata başlamaq niyyətindədirlər.

Sesiaşvilinin sözlərinə görə, Çatayev Gürcüstan DİN-in agenti idi. Guya  Saakaşvilinin vaxtında ələ alınıb. Rusiya DİN-in Çeçenistanın Veden rayonu üzrə şöbə başçısının müavini Əbufət Muhadinov bu günlərdə bildirib ki, İstanbul teraktının təşkilatçısının, çox güman ki, Gürcüstan vətəndaşlığı var. Muhadinov deyir:“Bizdə məlumat var ki, o, Avropada, Avstriyada, Ukraynada dəfələrlə həbs edilib. Ukraynadan yaşadığı və vətəndaşlıq aldığı Gürcüstana təhvil verlib. 2015-ci ildən Suriya ərazisində görünüb”.

Çeçenistan hüquq-mühafizə orqanlarının məlumatına görə, Çatayev Türkiyəyə gələn cavanları ələ alır və Muhadinovun sözlərinə görə, türk hökuməti İnterpol xətti ilə bu haqda məlumatlandırılmışdı.

Sesiaşvilinin bazar günü “Rustavi-2” telekanalınn efirində xəbər verdiyi kimi,“Əhməd Çatayev hökumətin təhlükəsizlik agenti idi. Saakaşvili Lordkipanidze (Gürcüstan DİN-in keçmiş başçısı-tərc.) vasitəsilə ona tapşırıqlar verirdi”.

Sesiaşvili iddia edir ki, onda bu məlumatın sübutu var. Lakin ilk dəfə deyil ki, Çatayev Gürcüstan xüsusi xidmətləri ilə əlaqədə şübhəli bilinir.

Sesiaşvilinin bəyanatı 2012-ci ildə Gürcüstanın Lopotsk dərəsindəki müəmmalı və qəribə hadisələr haqda düşünməyə məcbur edir. Bu hadisələrin iştirakçılarından biri DİN başçısının o vaxtkı müavini Georgi Lordkipanidze idi.

Gürcüstan hökuməti 2012-ci il avqustun 28-də məlumat verdi ki, Gürcüstan ərazisinə Dağıstan tərəfdən bir qrup yaraqlı soxulub və Telavi rayonundakı Lopotsk dərəsində məskən salıb. Guya, bu qrup yerli Lapankuri kəndinin sakinlərindən girov götürüb. DİN-in yüksək vəzifəlilərinin şəxsən başçılıq etdiyi əməliyyat 11 yaraqlının hamısının məhvi və 3 xüsusi təyinatlının ölümü ilə başa çatdı. Bununla belə, qruplaşmanın saxlanmış yeganə iştirakçısı Çeçenistandan çıxmış, Rusiya hüquq-mühafizə qurumlarının qanunsuz hərbi birləşmələrdə iştiraka görə 2003-cü ildən axtardığı Əhməd Çatayev elan edildi. Bu vaxt onun artıq Avstriyada qaçqın statusu var idi. Rusiyanın onu təhvil vermək haqda xahişləri buna görə dəfələrlə rədd edilmişdi. “Новости-Грузия”-nın Sesiaşviliyə istinadən xəbər verdiyi kimi, Çatayev 2010-cu ildə Ukraynaya səfər edərkən həbs edilmişdi. Gürcüstan rəsmiləri buna nail oldular ki, yerli sakini qətlə yetirmək ittihamına görə onu təhvil verdilər. (İnsan haqları üzrə Avropa məhkəməsi Rusiysya ekstradisiyanı qadağan etmişdi). Sonra onu azad etdilər və yaraqlıların yanında göründü. Lopotsk dərəsindəki hadisələr gürcü cəmiyyətində olduqca ziddiyyətli reaksiyalar doğurdu. Baş vermişlər haqda xeyli versiyalar ifadə olundu. Çoxları bunda Saakaşvilinin növbəti piar aksiyasını görürdü: oktyabrda parlament seçkiləri keçiriləcəkdi və hökumət bu ərəfədə öz effektivliyini nümayiş etdirməliydi. Lakin tezliklə başqa bir hadisə Lopotsk  dərəsindəki hadisəni kölgədə qoydu – 2012-ci il sentyabrın 18-də Qldansk həbsxanasındakı işgəncələrin videoyazısı yayıldı. Video və ardınca ifşalar silsiləsi Saakaşvilinin reytinqini çökdürdü və “Gürcü arzusu”unun qələbəsinə şərait yaratdı.

Artıq ölkədə hakimiyyət dəyişdikdən sonra 2013-cü ilin yanvarında Çatayevə bəraət verildi. Onun versiyasına görə, qanunsuz silahlı birləşmələrin iştrakçısı deyil, DİN-in dəvət etdiyi danışıqçı olub. Onda tapılmış silah isə onun yanına gizlicə qoyulub. Məhkəmədə əksini sübut etmək mümkün olmadı. Çatayev ölkəni tərk etdi.

Gürcüstan ombudsmanı Uça Nanuaşvili 2013-cü ilin aprelində qismən Lopotsk dərəsindəki hadisələrə həsr edilmiş məruzəni ortalığa qoyaraq  yeni versiya irəli sürdü. Onun fikrincə, DİN 120 çeçen yaraqlısının ölkəyə gəlişini təşkil edib. Hərbi bazalarda onlara təlim keçilir, mənzil və ərzaqla təmin edirdilər. Bunu nə məqsədlə edirdilər? “Bilmirəm, – Le Monde qəzeti Nanuaşvilidən sitat gətirir. – Təəssürat yaranır ki, Rusiya ərazisinə sızmaq üçün hökumət onlara dəhlz təşkil edirdi. Yaraqlıllar çox gənc idilər – 18-dən 25 yaşadək. Ola bilsin, onlardan Rusiyaya qarşı yararlanmaq istəyirdilər. Yaxud daxildə haqq-hesab çürütməkdən ötrü”.

Bu qurpun niyə məhv edildiyi daha çox anlaşılmazdır. Hər necə olur-olsun, bu missiyanın birbaşa təşkilatçısı kimi Çatayevin adı mətbuatda çəkilib. Nanuaşvili isə Lordkipanidzeni çeçen yaraqlılarının Gürcüstana keçidini təşkil edən şəxs kimi qələmə verir. Guya, DİN-in adamları Lopotsk dərəsində sağ qalanların bir qismini Türkiyəyə keçiriblər. Görünür, ombudsmanla çoxdan və sıx şəkildə əməkdaşlıq edən Sesiaşvilinin bəyanatının əsasını məhz bu məlumat təşkil edir. Lordkipanidze onun ünvanına sürülən ittihamları rədd edir. Hazırda Odessanın qubernatoru olan Saakaşvili isə diqqəti buna yönəldir ki, Çatayevi adıyla bağlı  Gürcüstanın indiki hökuməti və şəxsən “Gürcü arzusu”nun lideri Bidzina İvanişviliyə qarşı ilk ittihamı irəli sürən o olub. O, yada salır ki, 2012-ci ildə hakimiyyət dəyişildikdən sonra onu azad etdilər. Saakaşvili öz facebook-unda yazır: “Yeni hökumət rusiyalı oliqarx İvanişvilinin başçılığı ilə Çatayevi dərhal azad etdi, çünki hökumət liderlərinin əksəriyyəti onu siyasi dustaq elan etmişdi”.

 

Tərcümə Strateq.az-ındır.