Yegeni Popov
RİA Novosti, 02.07.2016
İstanbul aeroportundakı faciə təkcə məcburi əyilməyə getmir, həm də bunu tələb edir. Ən azı, Türkiyə hökumətinin hücumun təşkilatçısını terrorçu adlandırdığı şəxsi – Əhməd Çatayevi – 13 il müddərtində inadla ört-basdır edənlər anlasınlar ki, onların 44 nəfərin həlakında dolayısı ilə əlləri var. Ona görə ki, bu adamlar, təşkilatlar, nazirliklər və hökumətlər bundan sonra heç vaxt bir stəkanda siyasi konyunktura ilə qarışmış şəxsi maraqları xatirinə insanların taleyi ilə oynamasınlar.
Status
Ola bilsin, Avstriya qanı ələ qurumamış iki çeçen müharibəsindən 2001-ci ildə qaçmış “təkqollu Əhməd” ayamalı yaraqlı Çatayevə 2003-cü ildə qaçqın statusu verməsəydi, partlayış olmaya da bilərdi. Ehtimal ki, terrorçu sağ qolunu elə federal qoşunlarla döyüşdə itirib. Lakin Avstriyada tamam başqa bir nağıl danışıb – Rusiya istintaq təcridxanasında amputasiyaya səbəb olmuş işgəncələrdən.
Çatayev İsveçin Trelleborq şəhərində digər yaraqlılarla birlikdə yaxalandıqdan sonra bir ildən bir az artıq həbsxanada əyləşib. Onların avtomobilində avtomatlar, patronlar və partladıcılar tapılmışdı. Lakin həbs müddəti niyə belə qısa idi? Axı Çeçenistan məhkəməsi elə həmin il terrorizmdə və silahlı bandit birləşmələrində iştiraka görə ittihamla Çatayevə qiyabi həbs kəsmişdi. Rusiya terrorçunun cinayətləri haqda məlumatı İnterpola ötürdü, lakin bu da, deyəsən, artıq hər şeyə tolerant avropalıları ayıltmadı.
Konvensiya əsasında çıxdı
Ukraynalılar “Təkqollu”nun cinayətlərinə nöqtə qoya bilərdilər. 2010-cu ilin yanvarında onu məhz Rusiya tərəfinin tələbi əsasında həbs etdilər. DİN xəbər verdi ki, cinayətkarın telefonunda təxribat işinə görə təlimat aşkarlanıb. Lakin bu da Çatayevin təhvil verilməyinə səbəb olmadı. Amnesty International, insan haqları üzrə Avropa məhkəməsi və Ukrayna təhlükəsizlik xidmətinin o zamankı başçısıValentin Nalivayçenko terrorçuya qahmar çıxdılar. Hamısı bir yerdə Çatayevi guya işgəncələrə və ədalətsiz mühakiməyə məruz qaldığı Rusiyaya verməməyi tələb etdi. Həm də qaçqınların hüquqların müdafiə edən Cenevrə və BMT konvensiyalarını hökumərin qarşısnda silkələdilər. Cinayətkarın bu cür statusu var idi. Yekunda o, yenidən azadlığa çıxdı. Qısa müddətə. Onu daha iki dəfə həbs edib buraxdılar. 2011və 2012-ci illərdə Bolqartıstanda və Gürcüstanda. Yenə də silah tapdılar, ittiham elan etdilər, Gürcüstanda hətta atışmada yaraladılar, bundan sonra yaraqlının ayaq pəncəsini də amputasiya etməli oldular. Rusiya hər dəfə terrorçunun ekstradisiyasını tələb etdi və hər dəfə rədd cavabı aldı.
Tarixi kompleks
Yekunda.
Avstriya, İsveç, Ukrayna, Bolqarıstan, Gürcüstan hökumətləri Əhməd Çatayevin İstanbul aeroportuna hücumu təşkil etməyinin qabağını ala bilərdi. Lakin bunu etmədilər. Məmurlar və hakimlər terrorçunu nəinki Rusiyaya verdilər, hətta özləri ən təhlükəli yaraqlını hər dəfə həbsdən buraxdılar. Ancaq bu xatirə ki, Moskvanın qabağına doqquz qoysunlar. Acıqdan. 2003, 2008, 2010, 2011, 2012-ci illərdə. Maydanın heç iyi də yox idi. Krımda hələ qrivna dolaşır və radikal qruplaşma “Hizb ət-Təhrir”ə icazə verilmişdi, Rusiya “səkkizlik”də idi. Dükanlarda xamon və holland pendiri var idi. Dima Yakovlyevin qanununu hələ 2012-ci il çıxhaçıxda qəbul edəcəklər. Buna qədər yaraqlını iki dəfə həbs etmişdilər. Və nə oldu?
Moskvaya önrəyçi münasibət, “nə qədər pisdirsə, bir o qədər yaxşıdır” prinsipi üzrə xarici siyasət, adekvat tələblərə kor-kor, gör-gör karlıq, postkrım sindromunun əlaməti, Maydanın və hətta “səkkizgünlük müharibə”nin də nəticəsi deyil. Bu, qitəli avropalıların və anqlosaksların çoxdan alışdığı tarixi kompleksdir və bunu təkidlə slavyan xalqlarına və postsovet respublikalarının sakinlərinə peyvənd edirlər.
Aydındır ki, Atatürk adına aeroprta hücumun təçkilatçısı yerində hər kəs ola bilərdi. Hazırda İŞİD-də Rusyadan çıxanlar azdırmı? Lakin türk hökumətinin məlumatına görə, məhz Əhməd Çatayev idi. Rusiyanın 13 il terrorçu, Avropanın isə qaçqın adlandırdığı yaraqlı. Belələri daha nə qədərdir?
Tərcümə Strateq.az-ındır.