Rusiya ilə Türkiyə anlaşdı:İŞİD-ə qarşı birgə mübarizə aparılacaq

0
4

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubdan sonra münasibətləri düzələn iki ölkənin Xarici İşlər nazirləri dünən Soçidə bir araya gəliblər.

Strateq.az xəbər verir ki, bir saata yaxın davam edən görüşdə bir sıra məsələlər müzakirə masasına yatırılıb. Məlumata görə, Lavrovla Çavuşoğlunun razılığa gəldiyi ən mühüm məsələ İŞİD-ə qarşı birgə mübarizə aparmaq fikri olub.

Görüş Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 34-cü nazirlər Şurası çərçivəsində keçirilib.