Harvard Unversitetində oxuyan Luzi Barqayan adlı erməni Qarabağla və İstanbulun Atatürk hava limanında törədilmiş terrorla bağlı maraqlı fikirlər bildirib.
Barqayan fikirlərini İnstaqram səhifəsində türk dilində paylaşıb.
“Mən Türkiyədə törədilmiş terroru lənətləyirəm. Türkiyə çox güclü dövlətdir. Mən türk xalqının gəliniyəm. Bununla da şərəf duyuram. Türkiyəni Avropa, ABŞ və Rusiya parçalamaq istəyir. İŞİD-i kimlər idarə edir? – böyük dövlətlər. Məqsədsə bəllidir – müsəlman dövlətlərini dünyadan silmək. Bu terrorda Putinin və nəhəng dövlətlərin rəhbərliklərinin əli var.
Mən 1994-ci ildə Qarabağda anadan olmuşam. Uşaq vaxtı Qarabağın kimin olması haqda təsəvvürüm yox idi. Müəllimim Mardan bizə öyrədirdi ki, Qarabağ bizimdir. Böyüdüm və gerçəkləri faktlarla gördüm. Qarabağ Azərbaycana aiddir. Rusiya ikibaşlı oyun oynayır. Putin hakimiyyətdə olmasa, Rusiya zəifləyəcək”.