Xərçəng müalicəsində yeni üsul…

0
5

Texas Universiteti alimləri xərçəngin yeni müalicə üsulunu işləyib hazırlayıblar.

Bu üsul cərrahi müalicəyə tabe olmayan şişləri müalicə etməyə imkan verəcək. Həmçinin bu üsul uşaqlarda xərçəngin müalicəsində istifadə oluna bilər.

Alimlər şişin daxilinə nitrobenzaldegid preparatı daxil edir, sonra isə şişə ultrabənövşəyi şüalarla təsir edirlər. Bu xərçəng hüceyrələrin məhv olmasına gətirib çıxardırdı. Prosedurdan 2 saat sonra şiş hüceyrələrinin 95%-i artıq məhv olurdu.

MedicalXpress xəbər verir ki, tədqiqatçılar yeni üsulu süd vəzilərinin ən ağır, müalicəyə çətinliklə tabe olan formasında sınayıblar. Siçanlarda belə şişin inkişafı tam dayanıb və onların həyatını 2 dəfə uzatmaq mümkün olub.

Alimlərin fikrinə görə, yeni müalicə üsulu şişlərin əksəriyyətində istifadə oluna bilər. Kimyəterapiyadan fərqli olaraq bu üsul yanaşı təsirlərin inkişafına səbəb olmur.

Həmçinin bu üsul beyin, onurğa kimi çətin yerlərdə yerləşən şişlərlə mübarizə aparmağa kömək edəcək.