İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 25-29 dərəcə isti (gecələr 20-25, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 39-41 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 18-23 dərəcə isti (gecələr 17-22, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 36-73 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 22-27, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüskəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 20-25, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 34-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bəzi yerlərdə bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-118 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 23-28, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38-41 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 3-22 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 22-26, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı gözlənilir.