“Videodan sonra hakimiyyətlə əlaqə qurub”

0
8

“Videodan sonra hakimiyyətlə əlaqə qurub”

N.Cəfəroğlu: Xədicə İsmayıl kimi işverənlik etmirəm.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu jurnalist Xədicə İsmayılın onun haqqında söylədiyi ittihamlarına cavab verib.

N. Cəfəroğlu açıqlamasında X. İsmayılın ünvanına ittihamlar səsləndirib: “Əgər Xədicə İsmayıl məni hökumətlə əməkdaşlıqda ittiham edirsə, mən də bildirirəm ki, elə Xədicə özü onun haqqında yayılan videodan sonra hakimiyyətlə işbirliyi qurub. Bəli, mən və bizim monitorinq qrupu hökumətlə əməkdaşlıq edirik. Amma onun kimi əməkdaşlıq etmirik. Mən hökumətlə dialoq aparıram. Məhbusların hüquqlarını müdafiə edirəm, mən Xədicə İsmayıl kimi “işverənlik” etmirəm”.

N. Cəfəroğlu əlavə edib ki, Xədicə İsmayılın bu gün Leyla Yunusun həbsi ilə bağlı keçirilən tədbirdə etdikləri Leyla Yunusun vəziyyətini ağırlaşdırmaqdan başqa bir şey deyil.

Qeyd edək ki, Xədicə İsmayıl bu gün Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsi ilə bağlı keçirilən tədbirdə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətini hakimiyyətlə əməkdaşlıqda ittiham edib.

O bildirib ki, həbsdə olan məhbuslardan bəzi hüquq müdafiəçilərinin onların adından istifadə etməsi barədə şikayətlər gəlir: “Biz yığışaraq, bu insanların adlarını açıqlamalıyıq. Mətbuat bu şəxslərə yer verməməlidir ki, onlar özlərinin hüquq müdafiəçisi kimi cəmiyyətə təqdim etsinlər. Bu şəxslər Avropada hakimiyyətin lobbiçiliyi aparırlar. Leyla Yunusun təqdim etdiyi siyasi məhbus siyahısı ilə onların hazırladığı siyahı üst-üstə düşmür”./APA/

LEAVE A REPLY