Sabahın hava proqnoz açıqlandı –Meteohəssas insanlara xəbərdarlıq

0
5

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 29-30-da Abşeron yarımadasında gündüz saatlarında isti diskomfort hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.