“Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq”

0
5

“Mixail Saakaşvili Gürcüstan sərhədini keçən kimi həbs olunacaq”

APA xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani deyib.

M. Saakaşvili dövlət büdcəsindən 5 mln. dollar məbləğində vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir.

Cari ilin may ayında sabiq prezident bildirib ki, Gürcüstana qayıdacaq və aktiv şəkildə siyasi proseslərə qoşulacaq.