Türkiyə Rusiyadan üzr istəməyib? –Rəsmi Ankaradan açıqlama

0
5

“Türkiyə Rusiyanın Su-24 təyyarəsi hadisəsi ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib”. 

Bunu Türkiyə Prezidentinin Administrasiyasından deyiblər: “Məktubda Ərdoğan Su-24-ün həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və Rusiya təyyarəsi hadisəsi ilə əlaqədar təəssüfləndiyini bildirib”(Trend).

Qeyd ediblər ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinə çıxış edir:“Ankara Moskva ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək”.