İŞİD terror qruplaşmasını yaradanların əsas məqsədi İranın məhvi idi. TASS xəbər verir ki, belə bir iddia ilə şənbə günü İranın ali dini lideri ayətulla Əli Xamneyi çıxış edib.
“İŞİD terror qruplaşması başlıca məqsədin yerinə yetirilməsi üçün yaradılıb: İranın zəbti və məhv edilməsi. İraq və Şam (Dəməşqin tarixi adı) bu məqsədə nail olmaq üçün yalnız hazırlıq mərhələləri idi.
Amma İranın düşmənləri bu müharibədə uduzacaqlar, çünki onlar İslam Respublikasının malik olduğu gücü lazımi səviyyədə qiymətləndirmirlər. İran onu diz üstə qoymaq istəyənlərin özlərini diz üstə çökdürər”, – deyə Xamenei qeyd edib.