İdmanın uşaqlar üçün bu faydası heç ağıla gəlməzdi

0
8

İdmanın uşaqlar üçün bu faydası heç ağıla gəlməzdi

İdmanla məşğul olan məktəblilərin, yuxarı sinif şagirdlərinin davaya, kriminal dəstələrə qoşulmaq riski azdır. Kolumbiya Universitetinin alimlərinin apardıqları son araşdırmalar bunu deməyə əsas verir.

2008-ci ildən bu yana aparılan tədqiqatlarda 1312 şagird haqqında məlumatlar öyrənilib. İdmanla məşğul olan və olmayan məktəblilərin davaya və zorakılığa meylləri araşdırılıb.

Tədqiqatın müəllifi, professor Neo D. Romonun sözlərinə görə, gümünüzdə əhalinin kasıb təbəqəsi arasında zorakılıq geniş yayılıb. Zorakılıq halları, əsasən, irqi və etnik fərqlərdən irəli gəlir. Zorakılığın qurbanı olan əhəmiyyətli sayda insan var. Bu səbəbdən də alimlər problemə müdaxilə etmək məqsədi ilə araşdırma aparıblar.

Məlum olub ki, mütəmadi olaraq idmanla məşğul olan adamların davaya, kriminal dəstələrə və zorakılığa meylləri azdır.

Bu səbəbdən də alimlər məktəblilərin daha çox idmana cəlb olunmasını tövsiyə edirlər.

LEAVE A REPLY