Messi 6 il azadlıqdan məhrum edilə bilər

0
8

Messi 6 il azadlıqdan məhrum edilə bilər

İspaniyanın Barselona şəhər məhkəməsi “Barselona” klubunun və İspaniya yığmasının hücumçusu Lionel Messi haqqında çıxardığı qərarın ləğv edilməsindən imtina edib
Məhkəmədə dövlət ittihamçısı 4 milyon avro dəyərində vergi ödənişindən boyun qaçırmaqda təqsirli bilinən Messi haqqında qərarın ləğv olunmasını tələb edib.
Hakim Messinin vergidən yayınması ilə bağlı kifayət qədər dəlillərin olduğunu əsas gətirərək dövlət ittihamçısının tələbini qəbul etməyib.
İspaniya qanunvericiliyinə əsasən vergi ödənişlərindən yayınan şəxsləri 6 il həbs gözləyir. Məhkəmə Messinin həbsi ilə bağlı qərar çıxararsa, futbolçu və onun atası 6 il azadlıqdan məhrum ediləcək. Bundan başqa, Messinin ailəsi 32 milyon avro dəyərində cərimələnəcək.

LEAVE A REPLY