Rusiyada qubernator 400 min avro rüşvət üstəhəbs edildi

0
4

Rusiyanın Kirov vilayətinin qubernatoru Nikita Belıx rüşvətxorluqda ittiham olunur.

Strateq.az bildirir ki, Nikita Belıx haqqında qəti-imkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib. Qubernator Moskva restoranlarının birində 400 min avro məbləğində rüşvət alarkən tutulub. Moskva şəhər Basman rayon məhkəməsi qubernator barədə 2 aylıq həbs-qəti imkan tədbirini seçib.

Nikita Belıx özü ittihamı qəbul etmədiyini və istintaqla əməkdaşlıq edəcəyini də bildirib.