Uorlik:“Qarabağda atəşkəsə cavabdeh ATƏT olacaq”

0
4

ATƏT-in Minsk qrupunun həmsədrləri insidentlərin araşdırılması mexanizminin yaradılması və problemin həllində irəliləyişə nail olmaq məqsədilə münaqişənin tənzimlənməsi elementləri ətrafında işi davam etdirəcəklər”.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “168 jam” nəşrinə açıqlamasında bildirib. İnsidentlərin araşdırılması mexanizminə nələrin daxil olacağına gəldikdə isə C. Uorlik qeyd edib ki, hələlik tərəflər detalları müzakirə edir.

“Məsələyə cavabdeh ATƏT olacaq, həmsədrlər isə təkliflərin razılaşdırılması üçün tərəflərlə işləməyə davam edəcəklər”, – deyə o vurğulayıb.