İnqrediyentlər:
200 qr. Çiyələk;
15 qr. asan əriyən jelatin;
150 qr. şəkər pudrası;
Limonun yarısı.
Hazırlanması:
1. Çiyələyi blenderdən keçirin. Təzə giləmeyvələrin əvəzinə dondurulmuş giləmeyvələrdən də istifadə edə bilərsiz.
2. Bu qarışıma jelatin əlavə edib bir müddət saxlayın. Daha sonra 120 qr. şəkər pudrası və limon şirəsi əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra, asta dərəcəli ocaqda qarışımı qızdırın. Jelatin əriyənə qədər bişirilməsi mütləqdir. Ama qaynatmaq olmaz.
3. Bişdikdən sora məhlulu soyudun. Daha sonra qarışımın ağarıb qatılaşması üçün 6 dəqiqə mikserlə çalın.
4. Soyuması üçün qəlib seçin, qəlibə mumlanmış kağız sərin və məhlulu əlavə edin. Səthini bərabərləşdirib 5-6 saat soyuq bir yerdə saxlayın.
5. Rahat-lokum soyuduqdan sonra, onu qəlibdən çıxarıb üzərinə şəkər pudrası səpərək kub formasında doğramaq lazımdır.